“Avatr” brendinin rəsmi açılışı oldu

Hit: 531
“Avatr” brendinin rəsmi açılışı oldu
Bu gün “Avatr” avtosalonunun rəsmi açılış mərasimi baş tutub.
 
Tədbirdə media nümayəndələri, avtomobil sahəsinin ekspertləri və şirkətlərin rəhbər şəxsləri iştirak ediblər.
 
Tədbiri açılış nitqi ilə açan “Avatr” brendinin direktoru Orxan Abdullayev yüksək texnologiya ilə təchiz olunmuş performans avtomobillərinin modelləri haqqında məlumat verib:
 
“2001-ci ildən burada fəaliyyətə başlamışıq. 23 il ərzində uğurlu fəaliyyətin nəticəsi olaraq 7 avtomobilin yaradıcısıyıq. Bu uğura çatmaq üçün bizim qrupumuzun dəyərləri var. Həmin dəyərlərdə başda şəffaflığa hörmət edirik. Müasir tələblərə riayət edərək innovativ yanaşmalara diqqət göstəririk.
 
“Avatr” brendi 2018 ci ildə yaradılıb. Brendin iki modeli var. Birinci 2022-ci ilin avqustunda təqdim olan “Avatr 11” markasıdır, digəri isə “Avatr 12”.
 
“Avatr” avtomobil brendinin rəsmi olaraq Azərbaycanda təmsil olunması, ölkənin avtomobil bazarında yeni dövrün başlanğıcını göstərir. “Avatr” markasının Azərbaycandakı rəsmi distrübutoru isə “SR Avto”dur.
 
“SR Avto”nun direktoru  Paşayev Toğrul bildirib ki, “Avatr” brendinin ilk partnyoru “SR Avto” olub: “SR Avto”, avtomobil sənayesində geniş xidmətlər təqdim edən və Azərbaycan bazarına innovativ texnologiyalar gətirən aparıcı şirkətlər qrupudur. Markanın Azərbaycanda rəsmi təqdimatı, müştərilərə üstün performans və yüksək keyfiyyətə malik elektrik avtomobilləri təqdim etmək məqsədi daşıyır”.
 
Qeyd edək ki, “Avatr” rəsmi satış mərkəzi Babək pr. 28 ünvanında yerləşir.
 
Ətraflı məlumat üçün: *5544 nömrəsi ilə əlaqə saxlaya, həmçinin sosial şəbəkələrdən keçid edə bilərsiniz.
 
https://www.instagram.com/avatr_aze
 
https://www.facebook.com/profile.php?id=61559714232603
 
https://www.linkedin.com/company/avatr-azerbaijan/








Redaktorun seçimi