“Şəffaflıq və əlçatanlıq Agentliyin əsas prinsiplərindəndir” - Fərhad Adıgözəlov

Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri Fərhad Adıgözəlov Reklam və Marketinq sahəsinin İnkişafına Dəstək İcimai Birliyinin nümayəndələrini qəbul edib. Görüşdə açıq məkanda reklam sahəsi barədə fikir mübadilələri aparılıb, reklam operatorlarının fəaliyyətləri zamanı dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq, reklam bazarındakı mövcud vəziyyət, bu sahədə üzləşdikləri bəzi çətinliklərin həlli yolları müzakirə olunub.
Şəffaflıq və əlçatanlığı Agentliyin əsas prinsipləri kimi qeyd edən İdarə Heyətinin sədri Fərhad Adıgözəlov dövlət qurumunun öz səlahiyyətləri çərçivəsində biznes mühitinin əlverişliliyinin artırılması və azad rəqabətin təşviqinə dair sahibkarlara həmişə dəstək göstərməyə hazır olduğunu ifadə edib. RMİD sədri Xəyalə Mütəllimova sədrə Agentlikdə reklam operatorları ilə mütəmadi görüşlərin təşkil edildiyi üçün təşəkkürünü bildirərək açıq məkandakı reklam qurğularının monitorinqi ilə bağlı lahiyə təklifi barədə məlumat verib.
Görüşdə bu sahənin inkişafı üçün gələcək planlardan danışılıb.


