“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “PASHA Hackathon” baş tutub

Hit: 1269
“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “PASHA Hackathon” baş tutub
28, 29, 30 iyun 2024-cü il tarixində “The Ritz-Carlton Baku” otelində “PAŞA Holding”in təşkilatçılığı ilə “PASHA Hackathon 4.0” yarışı keçirildi.
 
Hakatonun budəfəki mövzusu “PashaPay” tərəfindən həyata keçirilə biləcək yeni ideyaları təşviq etmək idi.
 
Belə ki, yarışçılar 3 gün ərzində “PashaPay” tərəfindən təqdim olunan “challenge” üzərində düşünərək, şirkət üçün yeni ideyalar təqdim ediblər. 
Hakatona edilən müraciətlərin ümumi sayı 2000-dən çox, seçilənlərin sayı isə 230 nəfər təşkil edib.
 
Qeyd edək ki, hakatonun sonunda ilk dörd yeri tutan komandaya müvafiq olaraq mükafatlar verildi: 1-ci yer 6000 AZN; 2-ci yer 4000 AZN; 3-cü yer 2000 AZN; 4-cü yer 1000 AZN.
 
Xatırladaq ki, “PASHA Hackathon” innovativ məhsullar yaratmaq üçün keçirilən 48 saatlıq texnologiya yarışmasıdır. “PAŞA Holding” tərəfindən “PASHA Hackathon” artıq 4-cü ildir təşkil olunur. “Hackathon”un təşkil edilməsində məqsəd gənclər arasında innovativ düşüncə tərzini, həll yönümlülüyü təşviq etmək, eləcə də ölkədə innovativ mədəniyyətin inkişafını dəstəkləməkdir.








Redaktorun seçimi