ACER süni intellektlə çalışan TravelMate noutbuklarını təqdim etdi

Texnologiya sahəsində qabaqcıl yerlərdən birini tutan Acer şirkəti İsveçrənin Luqano şəhərində yerləşən baş ofisində dünyanın 22 ölkəsindən olan 70-dən çox media nümayəndəsinə yeni məhsullarını təqdim etdi.
Əsas diqqət ekoloji təmiz, təbiətə maksimum az zərər vuran, səyahətlər zamanı istifadəsi rahat olan məhsullara yönəldi.
Bu məhsullar arasında Acer TravelMate seriyasına aid süni intellektlə gücləndirilmiş noutbuklar diqqət mərkəzində idi.
Acer EMEA-nın vitse prezidenti Massimiliano Rossinin sözlərinə görə, daxili NPU-lara (süni intellekt və maşın öyrənmə tapşırıqları üçün nəzərdə tutulmuş xüsusi aparat sürətləndiricisi) malik ən son nəsil prosessorlarla təchiz edilmiş yeni noutbuklar gücləndirilmiş təhlükəsizlik və qoşulma xüsusiyyətləri ilə yanaşı, yüksək performans, məhsuldarlıq və mobillik təklif edir.
Bundan başqa Acer TravelMate seriyası sürətli enerji dolduran batareyalar, yüksək səviyyəli qoşulma seçimləri və xüsusi Sİ proqramları vasitəsilə məhsuldarlığı artıraraq süni intellektin bütün üstünlüklərinə sahibdir.
Həmçinin TravelMate noutbukları yeni Acer PurifiedView 2.0 ilə təchiz edilib. Bu, videokonfrans və canlı yayım zamanı arxa plan bulanıqlığı, avtomatik çərçivə və göz kontaktı ilə istifadəçilərin həmişə görünməsini təmin edir. Cihazlara daha aydın səs üçün fon səs-küyünü aktiv şəkildə aradan qaldırmağa xidmət edən Acer PurifiedVoice əlavə edilib.
Təbiətin dostu
Bütün Acer TravelMate noutbukları EPEAT-da qeydiyyatdan keçib və dizayn və qablaşdırmada təkrar emal edilmiş materialların istifadəsini təmin edir.
Acer haqqında
1976-cı ildə əsası qoyulan Acer 160-dan çox ölkədə fəaliyyət göstərən dünyanın ən yaxşı İKT şirkətlərindən biridir. Acer əsas diqqəti aparat, proqram təminatı və xidmətlərin bir-biri ilə birləşdiriləcəyi, ekosistemlərin yaradılması, istehlakçılar və biznes üçün yeni imkanlar açacağı bir dünya yaratmağa yönəldir. Acer-in 7500 işçisi insanlar və texnologiya arasında maneələri aradan qaldıran tədqiqatlarla, məhsul və həllərin dəstəyi ilə, marketinq və dizayn ilə məşğul olur.
Əlavə məlumat: www.acer.com


