Süni İntellekt Təhsildə - FOTOLAR

Hit: 1141
Süni İntellekt Təhsildə - FOTOLAR
Texnologiya sahəsində qabaqcıl yerlərdən birini tutan Acer şirkəti yeni məhsullarını media nümayəndələrinə təqdim etdi. Şirkətin baş ofisinin yerləşdiyi İsveçrədə baş tutan görüşdə dünyanın müxtəlif ölkələrindən media nümayəndələri iştirak edib. 
 
Şirkət nümayəndələri əsasən ekoloji təmiz, təbiətə maksimum az zərər vuran, süni intellektin tədbiq olunduğu və təhsildə istifadəyə fokuslanan məhsullara diqqəti yönəltdi. 
Təqdim olunan yeni Acer TravelMate noutbukları və Acer Chromebook Plus süni intellekti dəstəkləməklə təhsili daha fərdiləşdirilmiş və cəlbedici etməyə iddialıdır. 
 
Intel® AI Boost və ya AMD Ryzen™ AI kimi xüsusi süni intellekt prosessorları şəklində süni intellektlə təchiz olunmuş TravelMate noutbuklarının yeni seriyası məhsuldarlıq və yaradıcılıq üçün geniş imkanlar yaratmağa qarşısına məqsəd qoyub. Pedaqoqlar ultra nazik, yüngül noutbuklarda süni intellektin yardımı ilə çoxsaylı proqramlar arasında həmişəkindən daha tez və daha çox şey edə biləcəklər. 
 
Acer şirkətinin təhsil qarşısında götürdüyü uzunmüddətli öhdəlik xüsusi məhsulların istehsalını və bununla məktəblərin rəqəmsal transformasiyasını dəstəkləməyə yönəlib.
Şirkətin əsas missiyası yeni nəsil texnologiyaları ilə tələbələrin və müəllimlərin istənilən yerdən problemsiz əlaqə qurmasını, rahat və məhsuldar öyrənmə mühitinin yaranmasını təmin etməkdir. 
 
Bunun üçün yaradılan Təhsil üzrə Tərəfdaş Proqramı məktəblərin və öyrənmə mühitlərinin ehtiyaclarını qarşılamaq üçün 10 ildir ki fəaliyyət göstərir. 
Təqdimatda çıxış edən EMEA-nın kommersiya direktoru Kristina Pez təhsil mövzusuna xüsusilə toxunaraq şirkətin gələcək fəaliyyətində də bu mövzunun əsas yer tutacağını qeyd edib: “Təhsildə maraqlı tərəflərlə mütəmadi əməkdaşlıq Acer-ə müəllimlərin və tələbələrin ehtiyaclarına cavab verən xüsusi məhsullar hazırlamağa imkan verdi. Bizim bu sahədə mövcudluğumuz, təminat proqramları, mövcud trendlərin təhlili, müəllim hazırlığı və məqsədyönlü qərarlar Acer şirkətini bu bazarda əsas lider etməyə imkan verir.”
 
Təqdim olunan yeni məhsullar arasında fərdiləşdirilmiş təhsili daha yüksək səviyyəyə çatdırmaq üçün süni intellektə dayanan Google ilə təchiz olunmuş Chromebooks Plus noutbukları da var.
 
Daha güclü yaddaş təminatı, sürəti 2 dəfə çox olan yeni noutbuklar generativ süni intellekt imkanlarından asılı olmayaraq, müəllimlərə sürətli reaksiyalar və səmərəli çoxtapşırıqdan faydalanmaq imkanı verir. 
 
Bundan əlavə, yeni Acer Chromebook Plus noutbukları məktəblərdə cihazların qüsursuz idarə edilməsi, sıfır toxunuşlu qeydiyyat və 24/7 Google dəstəyi kimi funksiyalar üçün Chrome Education Upgrade yenilənmə imkanı da təklif edir. 
Xatırladaq ki, Acer şirkəti artıq uzun illərdir ki, Azərbaycanın təhsil sahəsində bir sıra layihələrdə iştirak edir. Məhz 2018-ci ildən bəri Mingəçevir məktəblərinin 20 000 noutbukla təmin edilməsi belə layihələrdən biridir. 
 
Acer haqqında
1976-cı ildə əsası qoyulan Acer 160-dan çox ölkədə fəaliyyət göstərən dünyanın ən yaxşı İKT şirkətlərindən biridir. Acer  əsas diqqəti aparat, proqram təminatı və xidmətlərin bir-biri ilə birləşdiriləcəyi, ekosistemlərin yaradılması, istehlakçılar və biznes üçün yeni imkanlar açacağı bir dünya yaratmağa yönəldir. Acer-in 7500 işçisi  insanlar və texnologiya arasında maneələri aradan qaldıran tədqiqatlarla,  məhsul və həllərin dəstəyi ilə, marketinq və dizayn ilə məşğul olur. 
Əlavə məlumat: www.acer.com 
 
1
1
1
1








Redaktorun seçimi