Biləsuvarda fermerlerin və sahibkarların iştirakı ilə "Sahə Günü" - FOTOLAR

Hit: 1218
Biləsuvarda fermerlerin və sahibkarların iştirakı ilə "Sahə Günü" - FOTOLAR
Kənd Təsərrüfatı Nazirliyi, Azersun Holdinq və Azərbaycan Toxumçular Assosiasiyasının birgə təşkilatçılığı ilə Biləsuvar rayonunda fermerlerin və sahibkarların iştirakı ilə "Sahə Günü" keçirilib.
 
Tədbirin açılış mərasimini edən "Azersun Holdinq"in Heyvandarlıq və Kənd Təsərrüfatı bölməsinin direktoru Bayram Mavis gələn qonaqları salamlayaraq, Holdinqin əkin sahələrində əkilən buğda və buğda toxumları haqqında ətraflı məlumatları tədbir iştirakçıları ilə bölüşdüb. O, qeyd edibki, Azersun holdinq növbəti mövsümdən etibarən fermerler üçün öz istehsal etdiyi buğda toxumunun satışına başlayacaqdır.
 
Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov son illərdə aqrar sahədə aparılan islahatlardan danışıb. Bildirib ki, Biləsuvar rayonunda son illər aqrar sahənin inkişafı istiqaməti kompleks tədbirlər həyata keçirilib. Aqrar sahənin inkişaf etdirilməsi üçün yaradılan münbit şərait və mühüm dövlət tədbirləri öz müsbət nəticələrini vermişdir. Rayonda 2024-ci ilin məhsulu üçün 34296 hektar sahədə taxıl əkini aparılıb ki,  bundan da 9975 hektarı buğda, 24321 hektarı isə arpa məhsuludur.
 
Sonra çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin sektor müdiri Arzu Hüseynov tədbirin keçirilməsinin əhəmiyyətinə toxunub. Qeyd olunub ki, Aqrar sahənin inkişafı dövlətin xüsusi diqqət mərkəzindədir. Qeyri-neft sektorunun prioritet istiqaməti olan aqrar sektorun, xüsusilə onun ölkəmizdə ənənəvi sahələri olan pambıqçılığın, toxumçuluğun, üzümçülüyün, tütünçülüyün, baramaçılığın inkişaf etdirilməsi, bu sahələrə dövlət dəstəyinin göstərilməsi barədə ölkə Prezidentinin xüsusi göstərişləri olmuş və müvafiq sənədlər imzalanmışdır.
 
Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyeva çıxışında məlumat verib ki, Azərbaycanın regionlarında toxumçuluğun elmi əsaslarla inkişafı diqqət mərkəzində saxlanılır. Bildirib ki, ölkımizdə aqrar sektorun inkişafı kompleks xarakter daşıyır və məhsul istehsalında dəyər zənciri üzrə bütün mərhələlərdə aqrotexniki tələblər gözlənilir, məhsuldarlığın artırılmasına yönələn müvafiq tədbirlər həyata keçirilir. Bu baxımdan respublikamızda dəyər zəncirinin mühüm həlqələrindən olan toxumçuluğun inkişafının diqqət mərkəzində saxlanılması böyük aktuallıq daşıyır.
 
Aqrar Xidmət Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin rəisi Ceyhun İbrahimov tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, regionun xüsusiyyətlərinə uyğun sortların seçilməsi, toxumun dərmanlanması, aqrotexniki tədbirlərin, eləcə də zərərli orqanizmilərə qarşı mübarizə tədbirlərini vaxtında və düzgün həyata keçirməklə yüksək məhsuldarlığa nail olmaq olar.
 
Tədbirdə Azersun Holdinq tərəfindən yeni toxum sortları baradə təqdimarlar edilib, fermerlərin sualları cavablandırlıb.
 
Sonda tədbir iştirakçıları "Azersun Holdinq"in taxıl sahələrinə baş çəkib, görülən işlərlə maraqlanıblar.
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi