ND Company tərəfindən Kəlbəcər rayonuna qaz xətti çəkilir - VİDEO - FOTOLAR

Ölkə başçısının rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarımızda tikinti-quruculuq işləri sürətlə həyata keçirilir.
Faktor.az xəbər verir ki, həyata keçirilən infrastruktur layihələrindən biri kimi, SOCAR-ın “İşğaldan azad olunmuş ərazilərinin qazlaşdırılması ilə bağlı proqram”ı çərçivəsində "Caspian Capital Group" şirkətinə daxil olan ND Company tərəfindən Kəlbəcər rayonunda çətin iqlim və relyef şəraitində qazlaşdırılma işləri icra edilir.
Relyefin çətinliyinə baxmayaraq, şirkətin kadr potensialı və maddi-texniki bazası işləri vaxtında və uğurla yerinə yetirməyə şərait yaradır.
Hal-hazırda ərazidə 300-ədək texnika və 300-dən çox canlı qüvvə işləyir.
Qazlaşdırılma işlərinin yaxın vaxtlarda başa çatacağı planlaşdırılır.


