Yelo Bank-ın dəstəyi ilə ölkəmizdə ilk “Customer Tech Conference” keçirildi

Hit: 1064
Yelo Bank-ın dəstəyi ilə ölkəmizdə ilk “Customer Tech Conference” keçirildi
Yelo Bank daha bir mötəbər tədbir üçün baş ofisinin qapılarını açdı. Bankın dəstəyi, “Mastercard Worldwide” beynəlxalq ödəniş sistemi və Azərbaycan Banklar Assosiasiyasının (ABA) birgə əməkdaşlığı ilə ölkəmizdə ilk dəfə olaraq “Customer Tech Conference” adlı tədbir keçirilib. Yerli bankların müvafiq sahə üzrə nümayəndələrinin qatıldığı konfransda “Mastercard Worldwide” beynəlxalq ödəniş sistemi tərəfindən həyata keçirilən son texniki dəyişikliklər, yeni məhsul və xidmətlər haqqında məlumat verilib. Həmçinin innovativ xidmətlər və onların üstünlükləri haqda fikir mübadiləsi aparılıb.
 
Qeyd edək ki, müasir interyeri və geniş infrasturkturu ilə Yelo Bank-ın baş ofisi bir çox mədəni, biznes və təhsilyönümlü tədbirləri həyata keçirməyə imkan verir. Bankda daha öncə geniş konsertlər, forumlar, karyera günləri və s. tədbirlər təşkil olunub.
 
Pulsuz Mastercard kartı əldə etmək istəyirdiniz? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
 
Yelo Bank – Parlaq bankçılıq!
 








Redaktorun seçimi