Gəmilərdə axtarış fəaliyyətinə dair nəzəri-praktiki təlim keçirilib

Hit: 269
Gəmilərdə axtarış fəaliyyətinə dair nəzəri-praktiki təlim keçirilib
Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin “Yeni Səngəçal” gömrük postunda gəmilərdə axtarış fəaliyyətinə dair nəzəri-praktiki təlim keçirilib.
 
Gömrük əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə təşkil edilən təlimdə üzən nəqliyyat vasitələrinin növləri, müvafiq gəmi növlərinə uyğun effektiv gömrük nəzarəti formalarının seçilməsi və tətbiqi xüsusiyyətləri, üzən nəqliyyat vasitələrində daşınan malların növündən və xarakterindən asılı olaraq texniki nəzarət vasitələrinin tətbiqi ilə gömrük nəzarətinin həyata keçirilməsindəki oxşar, fərqli xüsusiyyətlər və digər mövzularda məlumatlar verilib, gəmilərdə ehtimal olunan gizli saxlanc yerləri ilə bağlı praktiki məşğələlər keçirilib.








Redaktorun seçimi