ADRA ilə DTA COP29 çərçivəsində əməkdaşlığı daha da genişləndirəcək

Hit: 394
ADRA ilə DTA COP29 çərçivəsində əməkdaşlığı daha da genişləndirəcək
Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi ilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində əməkdaşlığı daha da genişləndirəcək.

Bu haqda razılıq hər iki agentliyin əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə əldə edilib. Qeyd olunub ki, COP29-un iqlim dəyişikliyi siyasətində turizmin rolunun gücləndirilməsi əhəmiyyətli təsirə malikdir. Bildirilib ki, yeni yaradılan "COP29 Vahid Onlayn Rezervasiya" platforması iştirakçılara noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Konfransında iştirak zamanı hotel və digər yerləşmə vasitələrini rezerv etməyə imkan verəcək. Görüşdə ölkə ərazisindəki hotellərin açıq məkandakı reklamlarında ulduz kateqoriyalarının düzgün qeyd edilməsinin vacibliyi vurğulanıb, həmçinin ulduz dərəcəsi ilə bağlı açıq məkanda reklam yerləşdirilməsi zamanı müvafiq icazə sənədinin verilməsi üçün mehmanxana sahiblərinin Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinə meyarı təsdiqləyən xüsusi sertifikatı təqdim etməli olduğu qeyd edilib. Birgə əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.  








Redaktorun seçimi