Coca-Cola-nın dəstəyi ilə ADA Universitetində - "ADAVISION" müsabiqəsi keçirilib

Hit: 1039
Coca-Cola-nın dəstəyi ilə ADA Universitetində - "ADAVISION" müsabiqəsi keçirilib
Coca-Cola-nın “Coke Studio” layihəsinin dəstəyi, ADA Universiteti Tələbə Hökumətinin və ADA Dram Klubunun təşkilatçılığı ilə "ADAVISION mahnı müsabiqəsi: All Star" keçirilib. 
 
Müsabiqədə istedadlı 10 tələbə juri heyətinin və 600 tamaşaçının qarşısında bacarıqlarını nümayiş etdirib və unudulmaz təcrübə yaşayıblar. 
 
Xalq artisti Röya Ayxan, “Avroviziya”nın qalibi Nigar Camal, müğənnilər Elnur Hüseynov, Ayaz Babayev və reper Paster müsabiqədə juri qismində çıxış ediblər. İştirakçılar 10 ballıq sistemlə qiymətləndirilib və yüksək nəticə göstərən ilk 3 yerin qalibinə müxtəlif mükafatlar təqdim olunub. 
 
Qeyd edək ki, Coca-Cola şirkəti fəaliyyət göstərdiyi ölkələrdə musiqinin və əyləncənin bir parçasına çevrilir. Coca-Cola Azərbaycanda da “Musiqi 2023” kampaniyası, “Coke Studio ilə Xəzər Festivalı” festivalı və digər musiqili, əyləncəli tədbirlər keçirir. “ADAVISION” da növbəti belə tədbirlərdən biridir. 
 
Xatırladaq ki, dünyanın ən nüfuzlu şirkətlərindən olan Coca Cola Azərbaycanda 1994-cü ildən etibarən fəaliyyət göstərir. Şirkət Azərbaycanda Coca-Cola, Fanta, Sprite, Bonaqua, Cappy və Fuse Tea kimi məşhur sərinləşdirici içki markalarının istehsalı və satışı ilə məşğuldur. Coca-Cola ölkədə tullantıların azaldılması, su ehtiyatlarının qorunması, qadın və gənclərin iqtisadi imkanlarının artırılması məqsədi ilə icma layihələrinə 3 milyon dollardan çox sərmayə yatırıb.
 








Redaktorun seçimi