Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislər üçün imtahan keçirilir

Mayın 25-də Dövlət Gömrük Komitəsinin Akademiyasında gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsi üçün test imtahanı keçirilib.
100 sualdan ibarət olan test imtahanı elektron formada təşkil olunub və 3 gün davam edəcək.
İmtahandan 70 və daha çox bal toplayan şəxslər ixtisas attestatı almaq hüququ qazanacaqlar.


