Naxçıvanın büdcəsi artırılır

Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər səviyyədə, yəni 22,9 milyon manat (4,4 %) artırılır.
Faktor.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaydığı 2024-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsində əksini tapıb.
Beləliklə, Naxçıvanın büdcəsi 539,3 milyon manat təşkil edəcək.


