Gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
Mayın 23-də Moskva şəhərində Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndə heyəti ilə Rusiya Federasiyası gömrük xidmətinin Qaçaqmalçılıqla Mübarizə Baş İdarəsinin, Vnukovo, Domodedovo və Şeremetyevo hava limanları gömrük idarələrinin səlahiyyətli nümayəndələri arasında işçi görüş keçirilib.
Görüşdə qurumlar arasında hava nəqliyyatında gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı müzakirələr aparılıb.