“Xiaomi Pad 6S Pro” artıq Azərbaycanda!
“Xiaomi Pad 6S Pro” müstəsna displey və kontentə tam qərq olma imkanı təklif edərək ən yüksək performans tələblərinə cavab vermək üçün nəzərdə tutulub. 3:2 tərəf nisbətinə və 144 Hz tezliyə malik 12,4 düymlük 3K displeyə sahib olan planşet komfortlu oxumanı və multimedia yayımını təmin edir ki, bu da onu iş və oyun üçün ideal alətə çevirir. Displeyin mükəmməl imkanları 2032x3048 genişlənmə və hər düymə 294 piksel (PPI) ilə tamamlanır ki, bu da kiçik mətnlərin oxunmasından tutmuş yüksək genişlənməli şəkillərin redaktəsinə və ya oyun prosesinə qərq olmağa qədər müxtəlif tapşırıqların yerinə yetirilməsi zamanı misilsiz dəqiqliyi təmin edir. 120Vt-luq ultrasürətli “HyperCharge” şarj imkanına malik 10000 mAh (tip) gücə malik akkumulyator istifadəçilərə şarj müddətini azaltmağa və batareyanın ömrünü uzatmağa imkan verir.
Güclü 4nm Snapdragon® 8 Gen 2 mobil platforması ilə təchiz edilmiş “Xiaomi Pad 6S Pro” son dərəcə yüksək sürəti və rəvan iş performansını təmin edir. “Xiaomi”nin “HyperOS” əməliyyat sistemi ilə birlikdə “Xiaomi Pad 6S Pro” “Home screen+”, Cihazlar arası qarşılıqlı əlaqə və “Xiaomi Smart Hub” kimi 3 inqilabi funksiyanı təqdim etməklə qarşılıqlı əlaqəni tamamilə yeni səviyyəyə çatdırır. “Home screen+” istifadəçilərə planşetin interfeysi vasitəsilə öz smartfonları ilə birbaşa əlaqə saxlamağa - ismarışları və ya zəngləri smartfona bilavasitə daxil olmadan cavablandırmağa imkan verir. “Qeydlər” tətbiqindəki foto funksiyası smartfonunuzun kamerası vasitəsilə şəkillər çəkməyə və birbaşa planşetinizin qeydlərinin məzmununa daxil etməyə imkan verir ki, bu da xüsusi səy göstərmədən vizual olaraq cəlbedici sənədlər yaratmağı asanlaşdırır. Cihazların idarə edilməsi mərkəzi olan yeni “Xiaomi Smart Hub” sayəsində müxtəlif “Xiaomi AloT” məhsulları da daxil olmaqla eyni vaxtda 7-dək cihazı qoşmağa imkan verir ki, bununla da cihazlar şəbəkəsi ilə daimi əlaqəni təmin edir. NFC dəstəyinə malik “Tap to Share” funksiyası sayəsində yeni “Xiaomi Pad 6S Pro” faylları bir toxunuşla paylaşmağı asanlaşdırır və rahat istifadəçi interfeysini təmin edir. Kontent yaradanlar üçün nəzərdə tutulmuş “Kamera” tətbiqindəki “Rejissor” rejimi ən yüksək keyfiyyətli şəkillər çəkmək üçün planşetinizi smartfonunuzla birləşdirən peşəkar baxış alətinə çevirir.
Cihazı ideal mobil iş stansiyasına çevirmək üçün lazımi alətlər olan çoxfunksiyalı “Xiaomi Focus Pen” stilusu və “Xiaomi Pad 6S Pro Touchpad Keyboard” klaviaturası “Xiaomi Pad 6S Pro” planşetini mükəmməl şəkildə tamamlayır. İlk dəfə olaraq, “Xiaomi Pad 6S Pro Touchpad Keyboard” sensor panel ilə təchiz edilib ki, bu da fayl seçiminin və mürəkkəb videoların redaktə edilməsi üzrə mürəkkəb tapşırıqların yerinə yetirilməsi dəqiqliyini artırır. 8192 toxunuş həssaslığı səviyyəsinə və 240 Hz diskretizasiya tezliyinə malik yeni “Xiaomi Focus Pen” misilsiz yazı keyfiyyətini təmin edir. Cəmi 5 ms-lik son dərəcə aşağı gecikmə müddəti sayəsində onun həssaslığı daha da artır ki, bu da əvvəlki nəsillə müqayisədə böyük təkmilləşdirmə işlərinin aparılmasından xəbər verir. Çoxfunksiyalı “Spotlight” düyməsi ilə təchiz edilmiş “Xiaomi Focus Pen” stilusu öz funksionallığını genişləndirir, onu yaradıcılıq prosesini pozmadan şəkilləri və qeydləri tez bir zamanda çəkmək üçün əvəzolunmaz alətə çevirir.
Yeni məhsulu “Xiaomi”nin Azərbaycandakı rəsmi tərəfdaşlarından əldə edə bilərsiniz:
23 may tarixindən Irshad Electronics və Baku Electronics mağazalarında
Tezliklə “Xiaomi” mağazasında və “Kontakt Home”/Baku-da