Azərkosmos “CABSAT 2024” sərgisində iştirak edir

Agentliyimiz Dubayda (BƏƏ) keçirilən peyk və yayım sənayesinin qabaqcıl tədbirlərindən olan “CABSAT 2024” sərgisində iştirak edir.
Mayın 23-nə qədər davam edəcək sərgidə öz stendi ilə qatılan Azərkosmos telekommunikasiya xidmətlərini təqdim edir. 70-dən çox beynəlxalq səviyyəli peyk və yayım sənayesinin təmsil olunduğu “CABSAT 2024” biznes əlaqələrinin genişləndirilməsi məqsədləri üçün fəaliyyət platformasıdır. Sərgi çərçivəsində Azərkosmosun yeni əməkdaşlıqların qurulması nəzərdə tutulub.
Qeyd edirik ki, Azərkosmos artıq 10-cü ildir ki bu sərgisə iştirak edir.


