Bakıda 230 metr uzunluğunda unikal piyada körpüsü inşa edilir

Hit: 1250
Bakıda 230 metr uzunluğunda unikal piyada körpüsü inşa edilir
“Bakı Ağ Şəhər” yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində paytaxtın 8 Noyabr prospekti üzərindən Bakı “Ağ Şəhər” layihəsinin Fəvvarələr meydanı parkını və Dənizkənarı Milli Parkı birləşdirən metal konstruksiyalı, müasir arxitekturaya malik yerüstü piyada körpüsü inşa edilir.
 
Bu barədə Faktor.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. Piyada körpüsünün uzunluğu 230 metr olmaqla biraşırımlı layihələndirilib. Unikal körpü metal tir aşırım qurğusundan ibarətdir və 1 ədəd pilon dayaqdan vantlar vasitəsilə “asılacaq”.
 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında aparılan işlər keyfiyyətli tikinti və dizayn materiallarından istifadə olunaraq icra edilir.
 
Körpünün layihələndirilməsi yerli mühəndislərlə yanaşı, Almaniyanın "Werner Sobek AG" şirkəti, memarlıq həlləri isə dünyada aparıcı memarlıq bürosu kimi tanınmış Niderlandın "UN Studio" şirkəti tərəfindən işlənilib.








Redaktorun seçimi