"PAŞA Holding" gəlirlərini və digər göstəricilərini - AÇIQLADI
"PAŞA Holding" MMC-nin cəmi aktivləri 2023-cü ildə 2022-ci illə müqayisədə 1,2 milyard manat artaraq 31 dekabr 2023-cü il tarixində 20,5 milyard manata çatıb.
Bu barədə Faktor.az holdinqin rəsmi İnternet saytına istinadən xəbər verir.
Azərbaycanın iri holdinqinin cəmi aktivləri 2022-ci ilin sonunda 19,3 milyard manata çatmışdı.
"PAŞA Holding" 2023-cü ildə 2,4 milyard manat cəmi gəlir əldə edib (2022-ci ildə 2,1 milyard manat).
"PAŞA Holding"in cəmi kapitalı 2022-ci ilin sonunda 2,45 milyard manat ikən, 2023-cü ilin sonunda 2,83 milyard manata çatıb.
31 dekabr 2023-cü il tarixi ndə "PAŞA Holding"in Azərbaycanın bank sektorunda aktivlər üzrə bazar payı 35,2% təşkil edib (2022-ci ilin sonunda 34,7%).
31 dekabr 2023-cü il tarixində holdinqin işçilərinin sayı 20 min nəfərdən çox olub (2022-ci ilin sonunda 19 min 500 nəfərdən çox idi).
“PAŞA Holding” Məhdud Məsuliyyətli Cəmiyyət öz törəmə şirkətləri vasitəsi ilə bankçılıq, sığorta, tikinti, informasiya texnologiyaları, daşınmaz əmlak və turizm sektorlarına sərmayə yatırır.