“Avrora Qrup” “Açıq qapı” elan edir

“Avrora Qrup” müxtəlif vəzifələr üzrə işçi qəbuluna start verib.
Faktor.az xəbər verir ki, şirkət yeni formalaşan və hazırda aktiv olan mütəxəssis və fəhlə kateqoriyaları üzrə 50-dən çox işçinin işə götürülməsini planlaşdırır.
Vakansiyalar:
• Maliyyə analitiki
• Proqram dəstək üzrə mütəxəssis
• IT biznes analitik
• Keyfiyyət üzrə mütəxəssis
• Aparıcı kimyaçı mühəndis
• Mağaza meneceri
• Satış üzrə nümayəndə
• Satış məsləhətçisi
• Merçendayzer
• Fəhlə
• Sürücü
• Sürücü köməkçisi
• Sifariş toplama operatoru və sair.
“Açıq qapı” zamanı vakansiyalar üzrə müraciətlər qəbul edilərək müsahibələr keçiriləcək. “Avrora Qrup” komandasının üzvü olmaq istəyənlər bu fürsətdən yararlana bilərlər. Maraqlanan şəxslərin “Avrora Qrup”un baş ofisinə yaxınlaşması xahiş olunur.
Ünvan: Aşıq Molla Cümə küç. 46 C
Tarix: 22.05.2024
Saat:10:00-16:00


