Çelyabinsk Vilayəti Azərbaycanın biznes nümayəndələrini əməkdaşlığa dəvət edir

Hit: 608
Çelyabinsk Vilayəti Azərbaycanın biznes nümayəndələrini əməkdaşlığa dəvət edir
Azərbaycan Respublikasında Çelyabinsk vilayəti şirkətlərinin mal və məhsullarının sərgi pavilyonu 2024-cü ildə qarşılıqlı faydalı ticarət-iqtisadi əməkdaşlığın inkişafı istiqamətində işini davam etdirir.  
 
Bakı şəhərində Çelyabinsk Vilayətinin Sərgi Pavilyonu beynəlxalq bazarlarda biznesin dəstəklənməsinin yeni formatı kimi 2023-cü il oktyabrın sonunda açılmışdır. 2023-cü ilin oktyabrından 2024-cü ilin mayına qədər olan dövr ərzində Çelyabinsk vilayətinin müxtəlif sənaye sahələrinə məxsus 27 şirkət Sərgi Pavilyonunda təmsil olunmuş və yerli bazarda fəal şəkildə tədqiq edilmişdir. Eksponentlərin siyahısına maşınqayırma, metallurgiya, kimya və neft-kimya sənayesi, tikinti materialları sənayesi, yeyinti və emal sənayesi, tibb, yüksək texnologiyalar və müxtəlif miqyaslı xidmət sahələrini əhatə edən müəssisələr daxil edilmişdir.
 
İşgüzar səfərlər çərçivəsində Sərgi Pavilyonunda və ondan kənarda Çelyabinsk vilayətinin və Azərbaycan Respublikasının əməkdaşlıqda maraqlı olan biznes nümayəndələri arasında 200-dən çox işgüzar görüş və danışıqlar baş tutmuşdur.
 
DİQQƏT! EKSPOZİSİYANIN DƏYİŞMƏSİ!
 
Sərgi Pavilyonundakı ekspozisiya 2024-cü ilin may ayı ərzində yenilənəcək. Azərbaycanla məhsuldar ixrac əməkdaşlığına yönəlmiş Çelyabinskin müxtəlif sənaye sahələrini təmsil edən 15 şirkət sentyabr ayına qədər öz məhsul və xidmətlərini təqdim edəcək.
Sərgi pavilyonunda davamlı olaraq əməkdaşlıqda maraqlı olan Rusiya və Azərbaycan şirkətlərinin nümayəndələri arasında görüşlər və danışıqlar aparılacaq. Gələcəkdə pavilyonda fəaliyyət göstərən Cənubi Ural şirkətlərinin hər 3-4 aydan bir yenilənməsi planlaşdırılır.
 
Çelyabinsk Vilayətinin Sərgi Pavilyonu Azərbaycan Respublikasının biznes nümayəndələrini ƏMƏKDAŞLIĞA DƏVƏT EDİR!
 
Bakıda Çelyabinsk Vilayətinin Sərgi Pavilyonu haqqında daha ətraflı Telegram kanalında https://t.me/torgpred74_az.
Biz qonaqları salamlayır və əməkdaşlığa açıq olduğumuzu bildiririk!
 
Sizi Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küç., 64 ünvanında yerləşən Sərgi Pavilyonuna dəvət edirik.
Telefon: + 994 77 677 22 23
Sayt: www.tp74.az
 
“Çelyabinsk Vilayətinin Beynəlxalq Əməkdaşlıq Agentliyi” AQKT
Ünvan: Çelyabinsk, Svoboda küç., 93
Telefon: +7 (351) 223-56-23, +7 (351) 214-06-06
Sayt: www.ica74.com








Redaktorun seçimi