Su qıtlığı səbəbindən artan rəqabət ölkələr arasında problemlər yarada bilər - FAO nümayəndəsi

Hit: 414
Su qıtlığı səbəbindən artan rəqabət ölkələr arasında problemlər yarada bilər - FAO nümayəndəsi
“Su qıtlığı səbəbindən artan rəqabət ölkələr arasında problemlər yarada bilər”.
 
Bu sözləri ADA Universitetində keçirilən İqlim-Su Zirvəsində FAO-nun mütəxəssisi Aynur Seyidyusif deyib.
 
O qeyd edib ki, məhz bu səbəbdən su resurslarının iqlimə dayanaqlı həllərinin tapılması istiqamətində dünya dövlətləri birlikdə mübarizə aparmalıdır: “Xüsusilə ölkədaxili və transsərhəd suların düzgün idarə olunması üçün ölkələr arası dialoqların inkişaf etdirilməsi lazımdır. Su qıtlığının ən çox təsir edəcəyi sahə kənd təsərrüfatıdır. Eyni zamanda, sudan istifadə edən ən böyük sahə də kənd təsərrüfatıdır. Burada əsas məsələ suyun miqdarının düzgün idarə edilməsidir”,-deyə FAO nümayəndəsi qeyd edib.








Redaktorun seçimi