Pərakəndə ticarət dövriyyəsi 3,3 faiz artıb

Hit: 264
Pərakəndə ticarət dövriyyəsi 3,3 faiz artıb
Bu ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 17 milyard manatlıq, o cümlədən 9,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 7,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
 
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,9 faiz, qeyri-ərzaq malları üzrə 5,1 faiz artıb.
 
Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılan malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,3 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil edib.
 
2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 2024-cü ilin yanvar-aprel aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 10,2 faiz, fərdi sahibkarlar üzrə 0,1 faiz, bazar və yarmarkalarda 1,5 faiz artıb. Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 416,5 manatlıq, o cümlədən 235,0 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 181,5 manatlıq qeyri-ərzaq malları alıb.








Redaktorun seçimi