“AccessBank” dollar əmanətləri üzrə faiz dərəcələrini artırıb

Hit: 784
“AccessBank” dollar əmanətləri üzrə faiz dərəcələrini artırıb
Sizin yerli Avropa bankınız – “Accessbank” xidmətlərin davamlı olaraq təkmilləşdirilməsi və maliyyə bazarındakı tendensiyalara uyğunlaşmaq məqsədilə dollar əmanətlər üzrə sərfəli kampaniyaya start verir.
 
Kampaniya çərçivəsində müştərilərə vəsaitlərinin daha əlverişli şəraitdə saxlanılması və əlavə qazanc əldə etmək şəraiti yaratmaq məqsədilə, dollar əmanətləri üzrə faiz dərəcələri 3,5 faizdən 4,5 faizə. Manat əmanətləri üzrə faiz dərəcələri isə 11 faiz təşkil edir.
 
Kampaniyanın şərtləri haqqında daha ətraflı: https://www.accessbank.az/az/private/deposits/ 
 
Kampaniya iyunun 1-dək keçərlidir.
 
Əmanətlər üzrə faiz dərəcələrinin artırılması qərarı “AccessBank”ın müştərilərə maliyyə rifahının davamlı təmin edilməsi, eləcə də şəxsi vəsaitlərinin keyfiyyətli idarəediməsi üçün əlverişli şəraitin yaradılması məqsədlərini əks etdirir. Əminik ki, yeni faiz dərəcələri müştərilərimizə öz maliyyə məqsədlərinə daha tez nail olmağa kömək edəcək.
 
“AccessBank” Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 19-u bölgələrdə olmaqla, 33 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .
 
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az  saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (feysbuk, instaqram, linkedin) müraciət edə bilərsiniz.
 
“AccessBank” QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.








Redaktorun seçimi