Supertoys şirkətindən analar və uşaqlara sürpriz! - FOTOLAR

Hit: 1053
Supertoys şirkətindən analar və uşaqlara sürpriz! - FOTOLAR
Supertoys qarşıdan gələn 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüylə bağlı “Uşaqlar Günü Sürprizi” adlı kampaniya keçirir. May ayının 15-dən 25-dək davam edəcək bu kampaniyada  “3 məhsul tək qiymət” , “1+1 fürsəti” , “100 AZN üzəri alış-verişdə hədiyyə qazan” , “Endirimli Məhsullar” sizi gözləyəcək.
 
Kampaniya boyunca mağazalarda animatorlar da öz yerini alacaq.
 
Onlar balacaları əyləndirəcək, onlarla rəqs edəcək və uşaqlara şar hədiyyə edəcəklər. Həmçinin, 50 AZN və üzəri alış-verişlərdə animatorlar hədiyyələri evlərə ödənişsiz çatdıracaqlar.
 
Uşaqlar Günündə övladınızı sevindirmək üçün xüsusi endirimlərdən faydalanaraq növbənöv oyuncaqlardan əldə edə bilərsiniz. Eyni zamanda, istəkdən asılı olaraq kredit və taksit kartları ilə ödəmə imkanınız var.
 
Xüsusi günlərə diqqətlə yanaşan SuperToys ötən gün 12 May Analar Gününə özəl layihə keçirdi. Övladlarıyla gələn analara bu gündən xatirə qalacaq “Super Ana” sertifikatı verildi. Sertifikata balacanın və ananın barmaq izləri qoyuldu. Həmçinin, Super Analarımız “SuperMom” yazılı  yaxalıq ilə də təltif olundular.
 
SuperToys Bakı şəhərində hal-hazırda 14 filialı ilə fəaliyyət göstərir. Tezliklə, 15-ci filialı ilə City Park Mall-da uşaqları xoşbəxt etmək üçün qarşınızda olacaq.
1
1
1
1
1








Redaktorun seçimi