Forbes Georgia International Caspian Investment Week - Baku – 2024-ün media tərəfdaşı oldu

Hit: 390
Forbes Georgia International Caspian Investment Week - Baku – 2024-ün media tərəfdaşı oldu
Forbes Georgia Caspian Energy Club-ın təşkilatşılığı ilə  10-15 iyun tarixlərində Bakıda keçiriləcək International Caspian Investment Week Baku – 2024-ün rəsmi media tərəfdaşı seçildi. Bu barədə Caspian Energy Club-ın İdarə heyətinin sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib.
Telman Əliyev Forbes Georgia beynəlxalq tədbirlərin işıqlandırılmasında böyük təcrübəyə malik təşkilat olduğunu qeyd edib və əlavə edib ki, tərəfdaşlıq sazişi hər iki təşkilata International Caspian Investment Week Baku – 2024-də yer alacaq əsas hadisələri effektiv şəkildə işıqlandırmağa imkan verəcək. “Ümid edirəm ki, bu əməkdaşlıqdan irəli gələn sinerji bizim böyümə və inkişaf strategiyamızda mühüm addım olaraq, eyni zamanda izləyicilərin diqqət mərkəzində qalmağımıza kömək edəcək”, - deyə Telman Əliyev bildirib.
 
Xatırladaq ki, iyunun 12-də keçiriləcək tədbir çərçivəsində Gülüstan sarayında International Caspian Investment Forum Baku–2024, International Middle Corridor Forum Baku–2024 və International Caspian Industry Forum Baku–2024 kimi forumlar təşkil olunacaq.
 
Forumların əsas mövzuları Orta Dəhliz ölkələrinin investisiya potensialı, azad iqtisadi zonalar, ixracın inkişaf imkanları, yaşıl iqtisadiyyata keçid, yaşıl enerji, o cümlədən Türkdilli ölkələrlə Avropa ölkələri arasında enerji davamlılığı və biznes icmaları arasında əməkdaşlıq mövzularına həsr olunacaq.
Forumların əsas məqsədi regionda davamlı inkişaf proseslərini, Orta Dəhliz ölkələrinin iqtisadiyyatlarında aparılan islahatların müsbət nəticələrini işıqlandırmaq, regionlara investorları cəlb etmək, o cümlədən beynəlxalq arenada dövlət və özəl sektorda həyata keçirilən layihələri təşviq etməkdir.
 
International Caspian Investment Week Baku – 2024-də Xəzər, Qara dəniz və Baltikyanı ölkələrin dövlət qurumlarının, dövlət və transmilli şirkətlərin, beynəlxalq maliyyə institutlarının, aparıcı beyin mərkəzlərinin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərləri, o cümlədən Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiyaların nümayəndələri daxil olmaqla 500-dən çox nümayəndənin iştirakı gözlənilir.
 
 Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökümət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. 
Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. Klubun həmçinin Almaniya, BƏƏ, Böyük Britaniya, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Özbəkistan, Polşa, Türkiyədə rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
 
Caspian Energy Club International 2023-cü ildə Caspian Energy Club-un beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində Caspian Energy Club International dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. Caspian Energy Club International-ın əsas öhdəliklərindən biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də, bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.
 
 








Redaktorun seçimi