Azərbaycan bu il hasil etdiyi qazın 51 faizini ixrac edib

Hit: 265
Azərbaycan bu il hasil etdiyi qazın 51 faizini ixrac edib
Bu ilin yanvar-aprel aylarında neft-kondensat hasilatı 9,6 milyon ton, ixraca nəql edilən həcmlər isə 7,9 milyon ton olub.
 
Faktor.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov məlumat paylaşıb.
 
O bildirib ki, bu dövrdə 500 milyon kubmetr artımla hasil edilmiş 16,7 milyard kubmetr qazın 8,5 milyard kubmetri ixrac olunub.
 
“Yanvar-aprel aylarında Avropaya 4,2 milyard kubmetr, Türkiyəyə 3,2 milyard kubmetr, Gürcüstana isə 1,1 milyard kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP-la Türkiyəyə 1,8 milyard kubmetr qaz nəql edilib. Bu ilin 4 ayı ərzində xaricə qaz satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 2,7 faiz çoxdur”,- deyə nazir qeyd edib.








Redaktorun seçimi