Oyun zallarının fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi öhdəlikləri

Hit: 333
Oyun zallarının fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi öhdəlikləri
Fiziki şəxs bilyard, playstation, internet klub və s. kimi oyun zalları sahəsi üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı planlaşdırır. Bilmək istərdik: bu sahələrdə fəaliyyət göstərən fiziki şəxsin hansı öhdəlikləri var?
 
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, sorğuda qeyd edilən fəaliyyət ilə məşğul olmaq üçün, ilk növbədə, vergi orqanında uçota durmaqla VÖEN əldə etməli, daha sonra icarəyə götürdüyünüz təsərrüfat obyektinin (subyektinin) vergi uçotuna alınması üçün icarə müqaviləsi əlavə olunmaqla “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında Ərizə”ni obyektin yerləşdiyi ərazi üzrə vergi orqanına təqdim etməlisiniz.
 
Fiziki şəxs vergi uçotuna alınarkən təqdim etdiyi ərizədə seçdiyi vergitutma metoduna uyğun olaraq sadələşdirilmiş verginin, gəlir vergisinin və ya əlavə dəyər vergisinin (gəlir vergisinin ödəyicisi də olmaq şərti ilə) ödəyicisi kimi fəaliyyət göstərə bilər. Sözügedən vergitutma sistemlərinin hər birinin istər vergitutma bazasında, istər vergi tutulan dəyərində, istərsə də ümumiyyətlə inzibatçılıqda müəyyən özəllikləri və xüsusiyyətləri vardır.
 
Vergi orqanlarında uçot prosedurları və vergi öhdəlikləri barədə ətraflı məlumatı rəsmi internet səhifəmizin “Vergilərin ödənilməsi və bəyannamələrin verilmə müddətləri”, “Vergi bələdçisi” bölmələrindən və ya Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) müraciət etməklə əldə edə bilərsiniz.








Redaktorun seçimi