10 Aprel İnşaatçılar Günüdür - VİDEO

Hit: 2674
10 Aprel  İnşaatçılar Günüdür - VİDEO
Hər il aprelin 10-u ölkəmizdə İnşaatçılar Günü kimi qeyd olunur. Bu gün həm də inşaat sahəsində çalışanların peşə bayramıdır.
 
Dövlətin iqtisadi inkişafını göstərən amillərdən biri inşaat sahəsidir. Bu sahə Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindən biridir. Bu baxımdan son illərə nəzərə salsaq, tikinti sektorunda gedən canlanmanın və dinamik inkişafın şahidi olarıq. 
 
Ötən illər ərzində respublikanın paytaxtı, eləcə də işğaldan azad olunmuş ərazilərdə tikinti-quruculuq işləri sürətlə gedir, zəruri infrastruktur yaradılır, regionlar əsl tikinti meydançasına çevrilib.
 
Həm dövlət kapital qoyuluşu, həm özəl sektor tərəfindən yatırılan investisiyalar inşaat sektorunun inkişafına böyük təkan verib. Azərbaycanda əsasən özəl sektor hesabına inşaat materiallarının istehsalında ilbəil artım müşahidə olunur. 








Redaktorun seçimi