600-cü sahibkar “ABAD”çı adını qazanıb

Hit: 917
600-cü sahibkar “ABAD”çı adını qazanıb
600-cü sahibkar “ABAD”çı adını qazanıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Faktor.az-a verilən məlumata görə, yubilyar “ABAD”çı dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində çalışan Bakı şəhər sakini Həsənov Elnur Ağanəzər oğludur. O, Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvüdür. E.Həsənov müxtəlif muzeylərdə çalışıb, sərgi, salon və festivallarda rəngkarlıq və metal instalyasiya üzrə əsərlərini dəfələrlə nümayiş etdirib.
 
“ABAD” sıralarına keramika məhsulları ilə qoşulan E.Həsənov hazırda Bakı, Naxçıvan, Şəki və s. regionlar da daxil olmaqla Azərbaycanda tarixi abidələrin ümumi maket istehsalını həyata keçirir. Azad edilmiş torpaqlarda vandalizmə məruz qalan abidələrin orijinal versiyasının maketlərini yaratmaqda onun mühüm rolu var.
 
600-cü “ABAD”çı 7 saylı “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən “ABAD” etno-butikində qurumun direktor müavini Vüsal Arzumanlı tərəfindən sertifikatla təltif edilib. Burada, həmçinin Elnur Həsənovun tarixi abidələrdən ibarət olan kolleksiyasının nümayişi keçirilib.








Redaktorun seçimi