RİNN Ramazan bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Hit: 398
RİNN Ramazan bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq
Ramazan bayramı günlərində əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və teleradio yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilib.
 
Bu barədə Faktor.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) bildirilib.
 
Bununla əlaqədar nazirliyin qurumlarına, eləcə də, mobil və telekommunikasiya operatorlarına, internet xidmət provayderlərinə təlimat göndərilib.
 
Müvafiq struktur bölmələri xidmətlər üzrə baş verə biləcək problemlərin aradan qaldırılması məqsədilə tam hazır vəziyyətə gətirilib.








Redaktorun seçimi