“Tamstore” 25-ci marketini açır - işçi sayı 1200-ü keçdi

Hit: 340
“Tamstore” 25-ci marketini açır - işçi sayı 1200-ü keçdi
“Tamstore” marketlər şəbəkəsi martın 19-da Qaradağ rayonunda, Bakı-Ələt yolunun 17-ci kilometrliyində Super formatlı 25-ci marketi ilə müştərilərin xidmətinə gəlir. Açılışla bağlı 700-dən çox məhsulda endirim kampaniyası həyata keçiriləcək.
 
Qeyd edək ki, “Tamstore” Qaradağ filialında “Cofee Shop”, təndir məhsulları, sobadan isti-isti şirniyyatlar, qəlyanaltılar, namaz otağı, ana və uşaq otağı və digər xidmət sahələri də 7/24 fəaliyyət göstərəcək.
 
“TamStore” marketlər şəbəkəsi tam uyğun qiymət, tam təzə məhsul, tam xidmət və tam keyfiyyət fəlsəfəsi ilə müştərilərinə 24 saat fasiləsiz xidmət göstərir. Marketlər şəbəkəsi 2024-cü ildə Bakı şəhəri və Azərbaycanın digər rayonlarında 50-dən çox marketin açılışını planlaşdırıb. Marketlər şəbəkəsi üç - “mini”, “city” və “super” formatlarında fəaliyyət göstərir. Şirkətdə hazırda 1200-dən çox əməkdaş çalışır. İlin sonunadək hədəf bu sayı 2800 nəfərə çatdırmaqdır.








Redaktorun seçimi