Aslan Abbaszadə sahibkarlar və tələbələr qarşısında çıxış edib - FOTOLAR

Hit: 799
Aslan Abbaszadə sahibkarlar və tələbələr qarşısında çıxış edib - FOTOLAR
Odlar Yurdu Universitetində Mirtalıblı Groupun təşkilatçılığı ilə sahibkar və tələbələr arası “1-ci Milli Biznes Forum” təşkil olunub. Forum dövlət başçısı İlham Əliyevin prezident seçkilərində inamlı qələbəsinə həsr olunub.
 
Faktor.az xəbər verir ki, tədbirə ilk ev sahibliyi edən universitet isə Odlar Yurdu Universitetidir. Tədbirin əsas məqsədi tələbələrə motivasiya olmaq, onları maarifləndirmək və cəmiyyətə faydalı şəxslər kimi yetişdirməkdir.
 
Forumda çıxış edən "Aqat-Silver" mağazlar şəbəkəsinin rəhbəri, tanınmış iş adamı Aslan Abbaszadə təbii daşlar haqqında geniş məlumat verib. Bildirib ki, təbii daşlar təbiətdə özbaşına əmələ gələn üzvi, mineral maddələrdir. Onlar adətən yerin altında böyük parçalar halında olurlar və müxtəlif təbiət hadisələrinin bir araya gəlməsi nəticəsində müxtəlif rəng, forma və xüsusiyyətlərə malik olurlar. Minlərlə illik tarixi olan təbii daşlar müalicəvi xüsusiyyətlərinə görə qədim zamanlarda tez-tez müalicə məqsədi ilə istifadə olunurdu. Təbii daşların nə üçün istifadə edildiyi sualı əslində çox əhatəlidir. Hər bir təbii daşın fərqli xüsusiyyəti var. Ümumilikdə, təbii daşların faydalarından danışsaq, onları daşıyan insana müsbət enerji verdiyi, şəfaverici təsiri olduğu, zehni rahatlaşdıran və dincləşdirici təsiri olduğu məlumdur. Təbii daşların enerjilərinin bədənimizə birbaşa təsir göstərməsi isə əvəzsizdir.
 
Aslan Abbaszadə həmçinin tələbələrin suallarını cavablandırıb.
 
Tədbir bədii hissə ilə davam edib.
1
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi