Rolls-Royce Ghost Prism: - ÖZÜNÜ İFADƏ ETMƏYIN ZAMANSIZ BƏYANATI

Hit: 844
Rolls-Royce Ghost Prism: - ÖZÜNÜ İFADƏ ETMƏYIN ZAMANSIZ BƏYANATI

Rolls-Royce-da bizi müştərilərimizin zövqləri və istəkləri rəhbər tutur, onlar bir çox hallarda dəb sektorunda qlobal tendensiyaları müəyyən edirlər. Ghost Prism bu qrupdan olan müəyyən bir çoxluğun şəxsi estetikasının davamıdır. Avtomobilin incə rəng impulsları ilə tünd, neytral tonların innovativ istifadəsi onu müasir dəbdəbəli konseptə uyğunlaşdırır.

 
Müştərilərimiz nə istədiklərini dəqiq bilən insanlardı; Ghost Prism onlarla olan bənzərsiz münasibətimizin təcəssümüdür” Anders Warming, Rolls-Royce Motor Cars-ın dizayn şöbəsinin direktoru belə şərh etdi.
 
Bir çox Rolls-Royce müştəriləri beynəlxalq dəb, dizayn və super lüks cəmiyyətinin güclü və nüfuzlu üzvləridi. Brend dizaynerlərinin bu müştərilərlə yaxın münasibətlərinə əsaslanaraq, onlar yeni estetik hərəkata olan tələbatı qabaqcadan görüb Rolls-Royce Ghost Prism-i yaratdılar.
 
Müasir dizayn dünyasından ilham alaraq, Rolls-Royce Ghost Prism qüsursuz işlənmiş tünd, neytral tonları nümayiş etdirir, cəsarətli rəng çalarları ilə vurğulanır və zamansız dizayn yaradır.
 
Təqdim olunan nümunə zəngin mineral örtüyə malik olan Gunmetal boz rəngində göstərilib, dörd qat boyanın diqqətlə tətbiq olunduğu, sonra 16 saat ərzində əl ilə cilalandığı 10 addımlı proses nəticəsində istehsal olunub.
 
Markanın klassik güzgü ilə cilalanmış paslanmayan poladdan üzlənməsi əvəzinə, avtomobilin radiator barmaqlığı və arxa qapağı parlaq işlənmiş Burnout, hisə verilmiş qara-boz rəngdə təqdim olunur. Bu effektə nail olmaq üçün hər bir metal parça markanın ustaları tərəfindən əl ilə hazırlanır: əvvəlcə hər bir parça üzərində yüngül aşındırıcı istifadə olunmaqla, dayanıqlı astar üçün "açar" təmin edir və üzərinə dörd qat Burnout boyası tətbiq olunur. Quruduqdan sonra bu hissələr fərdi olaraq cilalanır. Ghost Prism-in qeyri-adi estetikasına uyğun olaraq, ön bamper və yan profil parlaq qara rəngə malikdir.
 
Müştərilərin seçdikləri ekteryer rəngi tamamlamaq və bu müasir dizayn hərəkatının mərkəzində heyrətamiz kontrast yaratmaq üçün dörd rəng təklif olunur – Turchese, Mandarin, Forge Yellow və ya Phoenix Red – seçimi var. Seçilmiş rəng aşağı bamper əlavələrinə, əyləc kaliperlərinə və avtomobilin gövdə xəttinə tətbiq olunur – bu, Ghost-un mexaniki, aerodinamik və heykəltəraşlıq elementlərini əhatə edən incə, lakin birləşdirici addımdır. Rəngin incə parıltıları avtomobilin salonuna da davam edir, o cümlədən Bespoke Starlight Headliner-dəki 1040 rəngli "ulduz" - hər biri ayrıca deşiklər vasitəsilə dəri kətanda yerləşdirilir, təbaşir istifadə olunaraq əllə vurulur - bu, avtomobilin daxilində daha da zərif parıltı yaradır.
 
Müştərilər interyeri üçün faktiki olaraq qeyri-məhdud sayda Bespoke rəng seçimlərini seçə bilsələr də, ilkin Ghost Prism sifarişləri avtomobilin eksteryerinin cəsarətli dizaynı ilə uyğunluq təşkil edən yüngül və canlı palitraya malikdir.
 
Ghost Prism-in bütün dünyada cəmi 120 nümunəsi mövcuddur ki, bu da 2024-cü ilin Rolls-Royce Motor Cars-ın 120-ci ildönümünü qeyd etməsinin incə göstəricisidir.










 








Redaktorun seçimi