Xarici ticarət iştirakçılarına yeniliklərlə bağlı məlumat verilib
Xarici ticarət iştirakçıları ilə daha bir görüş Astara Gömrük İdarəsində keçirilib.
Tədbirdə gömrük sistemində islahatlar və yeniliklər, vətəndaş, sahibkar məmnuniyyəti, şəffaflığın təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.
Həmçinin görüşdə Avtomatlaşdırılmış Risk Analiz Sistemi (ARAS), Səlahiyyətli İqtisadi Operator (SIO) layihələrinin təqdimatı keçirilib, sahibkarlar “Smart-Bot” mobil tətbiqi və Gömrük İnkişaf Modeli barədə məlumatlandırılıb.
Daha sonra idxal-ixrac əməliyyatlarında qarşıya çıxan məsələlər müzakirə olunub, sahibkarların rəy və təklifləri öyrənilib, onların sualları cavablandırılıb.