DFSK E5 modeli - yeni nəsil yolsuzluq avtomobili - FOTOLAR

Azərbaycanın ən qabaqcıl avtomobil idxalçılarından biri olan “Volt Avto” daha bir modelinin təqdimatını təşkil etdi.
Belə ki, təqdim edilən Çin istehsalı olan plagin hibrid DFSK brendinin E5 modeli yolsuzluq avtomobili hesab olunur.
DFSK modeli ilə 60 litr A-92 benzinlə 1065 km məsafəni qət etmək mümkündür.
4760 mm uzunluğunda olan E5 SUV avtomobilinin eni 1865 mm, uzunluğu isə 1710 mm-dir. Avtomobil 7 nəfərlik olmaqla 5+2 dizayn quruluşuna malikdir. Əlavə olaraq, qabaq oturacaqlar arxaya 165 dərəcə qatlana bilir və əlavə yer təmin etmək üçün ikinci və üçüncü sıraların alternativ formalara salınması mümkündür. Alternativ formalar avtomobilin baqajının daha geniş olmasına şərait yaradır. Həmçinin avtomobildə 360 dərəcəlik kamera, 1,5 atmosfer gücünə malik mühərrik və həmçinin naqilsiz enerji yığmaq funksiyası mövcuddur.


