"Amanat Festival: Halal Market" adlı tədbir keçiriləcək

Hit: 846
"Amanat Festival: Halal Market" adlı tədbir keçiriləcək
2-3 Mart 2024-cü il tarixində Bakıda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə "Amanat Festival: Halal Market" adlı tədbiri təşkil olunacaq.
 
Tədbirdə mühafizəkar geyimlərin moda nümayişi, qida, qeyri-qida və geyim sektoru üzrə halal-satış sərgisi və network təşkil olunacaq.
 
Xaricdən gələn geyim markaları ilə yanaşı yerli markaların moda nümayişi və tanınmış insanların və blogerlərin motivasiya çıxışları nəzərdə tutulmuşdur.
 
Qeyd edək ki, ölkəmizdə yerli halal brendlərin tanıdılması və inkişaf etdirilməsi üçün, yeni, unikal platforma olan "Amanat Festival" özündə halal brendlərin satış sərgisini, moda marketini və halal network platformasını birləşdirir.
 
Festivalın yaradıcı və işgüzar mühitində iştirakçılar və ziyarətçilər sərbəst ünsiyyət qurmaq, məhşur insanlarla, populyar bloggerlərlə tanış olmaq imkanı əldə edəcəklər
 
Amanat festivalın Network platformasında mədəniyyət, psixologiya, karyera, sağlamlıq, gözəllik mövzularında müzakirələr və mühazirələr təşkil olunacaq.








Redaktorun seçimi