Azərbaycan NASA-nın baş sponsoru olduğu robototexnika yarışında təmsil olunacaq
Azərbaycan növbəti dəfə NASA-nın baş sponsoru olduğu beynəlxalq robototexnika yarışında (FRC) təmsil olunacaq.
Bu barədə Faktor.az-a məlumat verən Train Brain Tədris mərkəzinin rəhbər Təranə Nəbiyeva bildirib ki, dünyanın 4 ən böyük robototexnika yarışından biri olan “FIRST Robotics Competition” (FRC) müsabiqəsinə ötən il ilk dəfə Azərbaycan da qatılıb. Bu il martın 21-24 tarixlərində ABŞ-ın San Dieogo şəhərində 51 komandanın iştirakı ilə keçiriləcək yarışda Azərbaycanı yenə 14-18 yaş arası gənclərdən ibarət “MeckHack #9030” komandası təmsil edəcək. 24 üzvdən ibarət komanda mexanika, elektronika, 3D fusion dizayn, programlaşdırma dərsləri alıb. Bu il komandaya danışma və eşitmə əngəlli bir şagird də qatılıb.

Qeyd edilib ki, yarış çərçivəsində azərbaycanlı gənclərin Silikon Vadisinə də səfəri planlaşdırılıb.
Xatırladaq ki, “Mechack” komandası 2023-cü ildə dünyanın ən böyük robototexnika yarışması olan FRC-da ilk dəfə Azərbaycan komandası olaraq iştirak edərək Nyu-York şəhərində 57 fərqli ölkədən olan komanda ilə mübarizə aparıb və Rookie All Star və Wild Card mükafatlarını qazanıb. Yarışa qatıldığı ilk ildən Hyustonda keçrilən Dünya çempionatında 78 komanda ilə mübarizə apararaq Azərbaycana Rookie İnspiration mükafatı ilə geri dönüb.
Xatırlatmaq istəyirik ki, FRC yarışmasının ideya rəhbəri və baş sponsoru NASA-dır və digər önəmli sponsorları Apple, Google, Fed X, Tesla, Amazon ve bunlar kimi digər böyük şirkətlərdir.