Lexus dünyanın ən etibarlı avtomobili seçildi

Hit: 600
Lexus dünyanın ən etibarlı avtomobili seçildi
“J.D. Power” agentliyi 35-ci illik “Vehicle Dependability Study” avtomobillərin etibarlılıq reytinqini dərc edib.
 
Bir il əvvəl olduğu kimi, bu reytinqdə də birinci yeri “Lexus” (PP100 indeksi - 135), ikinci və üçüncü yerləri isə müvafiq olaraq, “Toyota” (147) və “Buick” (149) markaları tutub.
 
Qeyd olunur ki, avtomobillərin etibarlılığı azalıb, çünki indeksin orta göstəricisi il ərzində dörd bənd artaraq 190-a çatıb. Əksər avtomobil sahibləri stabil olaraq multimedia sistemlərindən şikayətləniblər. Həmçinin elektron köməkçilərdən gələn bildirişlərin sayının artması qıcıqlanmaya səbəb olub. Nəhayət, elektrik avtomobilləri, insanlar arasında geniş yayılmış düşüncənin əksinə olaraq, ən problemli olublar - onların PP100 göstəricisi benzin modelləri üçün 187-yə qarşı 256-dır. Üstəlik, şikayətlərin əksəriyyəti təkərlərin aşınmasının artması ilə bağlıdır. 

AVtomedia.az








Redaktorun seçimi