İKTA operator və provayderlərə düzgün hesabatlılığın aparılması ilə bağlı təlim keçib

Hit: 517
İKTA operator və provayderlərə düzgün hesabatlılığın aparılması ilə bağlı təlim keçib
Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) internet provayder və operatorlara verdikləri hesabatların düzgün hazırlanmasına dəstək məqsədilə təlimlərə başlayıb.
 
Yanvarın sonlarından başlayan təlimlər zamanı İKTA tərəfindən hazırlanan hesabat formalarının düzgün doldurulma qaydası izah edilib.
Belə ki, operator və provayderlərdən onların maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən texniki-iqtisadi, telekommunikasiya xidmətləri üzrə keyfiyyət (QoS) göstəricilərini hər rübün sonunda vaxtında və düzgün təqdim etməsi tələb olunur.
 
Bildirilib ki, hesabat hazırlayarkən əksər operator və provayderlər oxşar səhvlərə yol verir və belə səhvlərin olmaması üçün İKTA-nın maarifləndirici tədbirləri davamlı şəkildə təşkil edilir.
 
Təlim zamanı iştirakçıların sualları cavablandırılıb, fikir və təklifləri dinlənilib. Həmçinin belə tədbirlərin mütəmadi keçirilməsinin əhəmiyyəti vurğulanaraq davamlılığının bundan sonra da təmin edilməsi qərara alınıb.
 
Əlavə edək ki, 2023-cü ilin əvvəlindən bu günə qədər uçota alınmış operator və provayderlərin nümayəndələrinə hüquqi tənzimləmə, “E-Şikayət” sistemindən səmərəli istifadə, müqavilələr üzrə məlumatların toplanması və təqdim edilməsi mövzularında təxminən 15 təlim keçirilib.
Xatırladaq ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi operator və provayderlərə dəstək məqsədilə belə tədbirləri mütəmadi keçirir.
 
Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.








Redaktorun seçimi