Avrora şirkəti işçi qəbulu üçün “Açıq Qapı” elan edib!

“Avrora” MMC pərakəndə sektorunda fəaliyyətə başlamış “Tamstore” marketlər şəbəkəsi üçün işçi qəbulunu davam etdirir. Mağaza heyətinin tam formalaşdırılması üçün satıcı, kassir, fəhlə, qəssab, mühafizəçi, paketləyici və təmizlikçi vakansiyaları üzrə “Açıq Qapı” keçiriləcək.
Müsahibədən uğurla keçmiş namizədlər Bakı şəhərinin müxtəlif yerlərində (Badamdar, Binəqədi, Xırdalan, Əmircan, Gənclik, Xalqlar və Neftçilər, Qarayev, Xalqlar dostluğu metro stansiyası ərazilərində) yerləşən marketlərdə işlə təmin olunacaqlar. Mağazada 8 saatlıq növbəli iş qrafiki, bazar rəqabətli əməkhaqqı və nahar təmin ediləcək. Təcrübə tələb olunmur.
Karyerasını qurmaq və inkişaf etdirmək istəyənlər üçün “Tamstore” tam işləmək istədiyiniz yer olacaq! Müsahibəyə gələrkən şəxsiyyət vəsiqəsi və kişi namizədlər üçün hərbi biletin təqdim edilməsi vacibdir.
Ünvan: Avrora MMC, Nərimanov ray., Aşıq Molla Cümə küç., 46C
Tarix: 20 dekabr
Saat 10:00-dan 16:00-dək
Əlaqə: (099) 200-15-34, (099) 200-15-02


