DGK-dan vətəndaşlara xəbərdarlıq!

Dövlət Gömrük Komitəsi informasiya təhlükəsizliyi və kibertəhlükəsizliklə bağlı vətəndaşlara xəbərdarlıq edib.
Qurumun Mətbuat xidmətindən Faktor.az-a bildirilib ki, son zamanlar baş verən kiberhücumlarla əlaqədar Dövlət Gömrük Komitəsi vətəndaşlarımıza kiberdələduzlar tərəfindən hazırlanan müxtəlif növ tələlərə qarşı sayıqlıq göstərmələrini, elektron hesabları, fərdi və kart məlumatları ilə bağlı diqqətli olmağı, onları üçüncü tərəflərlə paylaşmamağı tövsiyə edir.


