İtaliyanın ən məşhur köynək markası Bakıda! - FOTOLAR

Hit: 1331
İtaliyanın ən məşhur köynək markası Bakıda! - FOTOLAR
Paytaxt Bakının mərkəzində İtaliyanın ən məşhur köynək markası olan Camicissima mağazasının açılış mərasimi keçirilib.
 
Faktor.az xəbər verir ki, açılış mərasimində ictimaiyyət nümayəndələri, tanınmışlar, jurnalistlər iştirak ediblər.
 
Camicissima mağazasının direktoru Ravil Bilalov jurnalistlərə müsahibəsində bildirib ki, Camicissima köynəkləri 1931-ci ildən Milanda istehsal olunur. Azərbaycanda çox sevilən və populyar olan brend köynəklərə maraq çoxdur.
 
Ravil Bilalov bildirib ki, hazırda mağazada 150-dən çox fərqli modellər var. Ümumilikdə isə 2700-dən çox qırışmayan, müxtəlif ölçülərdə brend köynəklər mövcuddur. Mağazadan həmçinin pencəklər, qalustuklar, gödəkçələr və s əldə etmək olar. Mağazada ilin hər bir vaxtında müxtəlif endirimlər tətbiq edilir. Hazırda da satışda olan köynəklərə 30% endirim tətbiq edilib.
 
Qeyd edək ki, Camicissima mağazası Rəsul Rza 14 B ünvanıda yerləşir.
1
1
1
1
1
1
1








Redaktorun seçimi