“Azerçay”dan “Doğma məktəbə qayıdış” layihəsi

Hit: 413
“Azerçay”dan “Doğma məktəbə qayıdış” layihəsi
Yay tətilinin bitməsi ilə artıq məktəbə qayıdış başlayıb. “Azerçay” bu münasibətlə silsilə “Doğma məktəbə qayıdış” layihələri həyata keçirir. 
 
Layihələr çərçivəsində “Gənclik” parkında doğma markamız “Azerçay” tətilin son günlərini əyləncəli keçirmələri azyaşlılar üçün maraqlı tədbir təşkil edib. Tədbirdə uşaqlar kloun şousu, DJ, cizgi film personajları, üzboyama, şar və köpük şousu, alov şousu və digər müxtəlif maraqlı oyunlarla əyləniblər. Bununla bərabər tədbir iştirakçıları nəfis ətri olan “Azerçay”ın dadına baxıblar. 
 
Sonda isə uşaqlara müxtəlif məktəb ləvazimatları hədiyyə edilib. Qeyd edək ki, milli markamız olan “Azerçay” yay mövsümündə bir sıra tədbirlər həyata keçirib və bu ənənəsini davam etdirəcəkdir.
 








Redaktorun seçimi