Sentyabrda Bakı metrosunda sərnişinlərin sayı təxminən - 52 min nəfər artıb

Sentyabrın 15-dən sonra sərnişin sayının gündəlik 750 minə yaxın olacağı gözlənilir.
Bu barədə "Bakı Metropoliteni" QSC-nin Hərəkət xidmətinin rəisi Elxan Məmmədov deyib.
Xidmət rəisi qeyd edib ki, Bakı metrosunda avqust ayında orta gündəlik sərnişin daşınması sayı 461 min olduğu halda sentyabr ayının 11 gününə 513 min sərnişin daşınıb.
O bildirib ki, bu, təxminən 52 min artım deməkdir.


