İcarə müqaviləsi bağlayan fiziki şəxsin vergi öhdəliyi yaranırmı?

Hit: 812
İcarə müqaviləsi bağlayan fiziki şəxsin vergi öhdəliyi yaranırmı?
Fiziki şəxs digər bir şəxslə icarə müqaviləsi bağladıqda vergi öhdəliyi yaranırmı?
 
Dövlət Vergi Xidmətindən Faktor.az-a bildirilib ki, Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, fiziki şəxsə icarə haqqı vergiödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə, icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.
 
İcarə haqqını ödəyən şəxs vergiödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergiödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalıdır.
 
Həmçinin hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.








Redaktorun seçimi