“Azərpoçt” ABA-ya üzv oldu

Hit: 458
“Azərpoçt” ABA-ya üzv oldu
Ölkənin yeganə milli poçt operatoru “Azərpoçt” artıq Azərbaycan Banklar Assosiasiyasına üzv qəbul olundu.
 
8 iyun, 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib.  İclas zamanı ABA-ya üzv olmaq hazırda qeyri-bank status daşıyan “Azərpoçt” MMC-nin müraciətinə baxılıb. Müraciət iclas iştirakçılarının yekdil səsverməsi nəticəsində qəbul edilib və poçt operatoru ABA-nın üzvlərinin siyahısına daxil edilib.
 
Xatırladaq ki, “Azərpoçt” MMC əhaliyə ənənəvi poçt xidmətləri, eyni zamanda, bank, sığorta kimi qeyri-ənənəvi xidmətlər, elektron ödənişlər və digər maliyyə xidmətləri, eləcə də elektron hökumət və biznes xidmətlərini təqdim edir.








Redaktorun seçimi