Gənc brenddən mükəmməl model: - “Jetour Dashing”

Hit: 1068
Gənc brenddən mükəmməl model: - “Jetour Dashing”
İyunun 3-ü bir çox yenilikləri ilə diqqət çəkən “Jetour Dashing” avtomobil modelinin Azərbaycanda təntənəli təqdimat mərasimi keçirilib.
 
“Amburan Beach Club”da baş tutan mərasimdə modelin geniş təqdimati ilə bərabər, qonaqların istirahəti üçün hər bir şərait də yaradılıb.
 
Mükəmməl və çeşidli avtomobil istehsal edən və nisbətən gənc brend hesab olunan “Jetour Dashing” bir çox sistem və texnologiyaları dəstəkləyir.
 
“Jetour Dashing”in dizaynı keçmiş “Porsche” dizayneri Hakan Sarakoğluna məxsusdur. Öz yaradıcı düşüncə və fantaziyası ilə avtomobil dizaynı dünyasında adından söz etdirən Hakan Sarakoğlu “Jetour Dashing ” avtomobilini sıfırdan dizayn edib. Sözügedən dizayn ümumilikdə “Jetour” brendinin yeni konseptini təmsil edir.
 
Modelin dizaynına gəldikdə, burada diqqət çəkəcək bir sıra fərqli məqamlar var: Belə ki, krossoverin görünüşü özündə idman stilini birləşdirir. Həmçinin avtomobil qabaq görünüşünə görə, bir qədər sərt quruluşda – kapot hissəsindəki bükülmələrlə birlikdə – görünür. Bu da onun əsl idman maşını xüsusiyyətini tamamlayır.
 
Dinamik naxış təsiri bağışlayan çalarlarla bəzədilmiş təkərlər isə özünəməxsus dizaynı ilə fərqlənir. “Jetour Dashing” avtomobili xüsusiyyətləri baxımından 2 fərqli seçimdə təqdim olunur. Avtomobilin 1,5 və 1,6 litrlik turbomühərrikli modeli mövcuddur. Bu modellər müvafiq olaraq, 156 və 197 at gücündədir. Bundan əlavə, modelin gücü 326 at səviyyəsində olan hibrid versiyası da mövcuddur.
 
Stil, rahatlıq və lüksün unikal kompenentlərini təqdim edən “Jetour Dashing ” orta ölçülü idman avtomobilləri üçün həm də yeni standartlar müəyyən edir.
 
Model özündə bir çox ağıllı və futuristik texnologiyaları birləşdirən müasir dizaynı ilə beş nəfərlik salondan ibarətdir.
 
Modelin fərqli xarakterinə əlavə olaraq, böyük ön radiator barmaqlığı, kəskin LED arxa fənərləri, 20 düymlük yüngül lehimli disklər və tonlanmış arxa diffuzoru da qeyd etmək olar.
 
Avtomobilin çoxfunksiyalı D formalı sükanı sürücünü rahatlıqla əli çatan məsafədə bütün lazımi idarəetmə ilə təmin edir.
 
Bundan başqa, 15,6 düymlük smart mərkəzi sensor ekranı da avtomobilin bənzərsiz xüsusiyyətlərinə əlavə rəng və keyfiyyət qatır.
 
Yumşaq toxunuşlu alət panelləri və dəri oturacaqları isə, istifadəçilərin rahatlığı üçün mükəmməl formada hazırlanmışdır.
 
Ağıllı açarsız giriş və uzaqdan ağıllı idarəetmə sistemləri, həmçinin “Bluetooth” bağlantısı kimi özəlliklər isə “markanı istifadəçisinin dostu edir.
 
Yekun olaraq qeyd edək ki, model innovativ, yüksək keyfiyyətli və müştəri yönümlü avtomobil çeşidi ilə avtomobil sənayesində əhəmiyyətli irəliləyişlər əldə edən markadır. “Jetour Dashing” yanacaq səmərəliliyi, qabaqcıl təhlükəsizlik xüsusiyyətləri və dəbdəbəli interyerə malikdir. Şirkətin elektrik və hibrid texnologiyasındakı irəliləyişləri ekoloji təmiz nəqliyyat üçün də ümidvericidir.
 
Ümumilikdə, “Jetour” şirkətin avtomobil sənayesində böyüməsi və gələcək uğurları üçün müsbət perspektivləri özündə ehtiva edir.
 
Avtomobili real olaraq görmək, sözügedən özəllikləri ilə yerində tanış olub qiymətləndirmək üçün ““Jetour Azerbaijan”a müraciət edin!
Ətraflı məlumat üçün:
+994 012 526 00 78
https://www.jetour.az/
Babək pr.,2269








Redaktorun seçimi