Bazarstore – başqa bir aləm

Hit: 350
Bazarstore – başqa bir aləm
Sizə aid bir dünya - BazarPoint
 
Hər zaman müştərilərinin rahatlığını və cibini düşünən Bazarstore daha bir yeniliyə imza atıb. Artıq marketlərdə müştərilərə aid bir dünya var. Bütün marketlərin girişində yerləşdirilən “BazarPoint” aparatlarındakı yeniliklər hər kəsin ürəyincə olacaq. 
 
Sistemə daxil olmaq üçün mobil nömrə və şifrə yetərlidir. Yüzminlərlə müştərinin hər biri üçün fərqli endirim və kampaniyalar düşünülüb. “BazarPoint”-lərdə aktivləşdirilən kampaniyalar kassalarda könül xoşluğu ilə xərclənə bilər. 
 
“BazarPoint”-lərdə keçmiş alış-verişlərin bütün siyahısını görüb istənilən alış-verişin qəbzi çap edilə bilər. Burada həmçinin bonuslar izlənilə, təklif və şikayətlər hətta iş üçün müraciətlər edilə bilər.
 
Bütün bunlar yalnız bir nöqtədə - “BazarPoint”.
 
Mobil tətbiq və ya karta ehtiyac yoxdur 
 
Artıq mobil tətbiq və ya karta ehtiyac yoxdur. Çox asan şəkildə kassada mobil nömrə ilə qeydiyatdan keçmək mümkündür. Sadəcə mobil nömrəni söyləyib Bazarstore-un bütün kampaniyalarından yararlana, hər bir məhsulun özünə aid bonuslar toplana bilər. 
 








Redaktorun seçimi