Toba velosiped mağazasının təntənəli açılışı oldu - VİDEO - FOTOLAR

Hit: 1575
Toba velosiped mağazasının təntənəli açılışı oldu - VİDEO - FOTOLAR
Azərbaycan Milli Velosiped Brendi olan “Toba”-nın ilk mağazasının təntənəli açılış mərasimi 3 iyun Dünya Velosiped Günündə baş tutdu. “Toba” velosipedləri 2021-ci ildən etibarən İsmayıllı velosiped zavodunda istehsal olunur. 60-dan çox velosiped çeşidi olan “Toba” brendi 2 yaşdan yuxarı bütün yaş qrupları üçün nəzərdə tutulmuşdur. Zavodda 40-dan çox yerli sakin işlə təmin olunmuşdur. Bunlardan əlavə işçilərin əksəriyyəti əlillik dərəcəsi olan insanlardır. Məqsəd region əhalisini işlə təmin etmək, Azərbaycan brendini inkişaf etdirmək və gələcəkdə milli brendi xaricə ixrac etməkdir. 
 
Açılış Mərasimində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Velosiped Federasiyasının, Respublika Olimpiya Ehtiyat Gənclər Velosiped Məktəbinin nümayəndələri, yığma komandanın üzvləri, peşəkar və həvəskar idmançılar iştirak etmişdir.
 
Açılış mərasimində qonaqlar ilk olaraq Azərbaycan Respublikasının himnini səsləndirmişdirlər. Tədbir Azərbaycan Respublikasının fəxri, Milli Qəhrəmanımız, canlı əfsanə olan Asif Həziyevin nitqi ilə açıq elan olunmuşdur.
 
Rahib Məmmədov 178 ünvanında yerləşən, müasir üslubda dizayn edilmiş Toba Velosiped mağazasında hər yaş kateqoriyasına uyğun velosipedlər və velosiped aksesuarları əldə etmək mümkündür. “Toba” modellərinin qiymətləri 80 manat- 4500 manat aralığında dəyişir. Mağazada, həmçinin 8000 AZN, 10000 AZN, 16000 AZN məbləğlərində professional yarış velosipedləri də mövcuddur. 
 
Açılışda müxtəlif konkurs və yarışlar keçirildi və qonaqlara hədiyyələr verildi. 
 
Açılışda “Toba” Brendinin Milli adlarla adlandırılmış modelləri, Toba Qarabağ, Toba Zəfər, Toba Tufan, Toba Gilavar, Toba Dərviş, Toba Diamond, Toba Şahdağ, Toba Aurum, və s. modellərinin təqdimatı baş tutdu. 
 
Velosiped modellərini və aksesuarlarını həm kreditlə, həm də taksit kartları ilə əldə etmək mümkündür. Həmçinin, mağazada servis xidməti də fəaliyyət göstərir.
 
Ətraflı məlumat üçün əlaqə *4044
 
1
1
1
1
1








Redaktorun seçimi