"Black Badge Cullinan “Blue Shadow”: - KOSMOSUN KƏNARINA BESPOKE İLƏ SƏYAHƏT

Hit: 505
"Black Badge Cullinan “Blue Shadow”: - KOSMOSUN KƏNARINA BESPOKE İLƏ SƏYAHƏT

"Black Badge Cullinan “Blue Shadow” ilə biz Yer kürəsinin məhdudiyyətlərinin kosmosun sonsuz azadlığına keçən əfsanəvi “Kármán” xəttinə səyahət edirik: misilsiz gözəllik, sirr və sonsuz imkanlar zonası. Dizaynerlər, mühəndislər və sənətkarlardan ibarət Bespoke kollektivi “Blue Shadow” modelini yaradarkən sənətkarlıq səviyyəsini bir daha aşaraq bu ruhu canlandırmağa nail oldular.

“Blue Shadow”, üfüqləri genişləndirən və insan səylərinin ən yaxşısını təmsil edən unikal fərdlər üçün nəzərdə tutulmuş mükəmməllik axtarışımızın sübutudur və kəşfiyyat ruhunun təmsilidir.”- Torsten Müller-Ötvös, Rolls-Royce Motor Cars-ın baş icraçı direktoru şərh etdi.
 

Rolls-Royce kosmosun gözəlliyini və sirrini təsfir edən Black Badge Cullinan “Blue Shadow” (mavi kölgə) şəxsi kolleksiyasını təqdim etməkdən məmnundur. Rolls-Royce-un aparıcı dizaynerləri bu unikal yaradıcılıq üçün Yer səthindən 62 mil/100 kilometr hündürlükdə olan, planetimizin atmosferinin bitdiyi və kosmosun başladığı yerdən görünməz sərhəd olan “Kármán” xəttindən ilham aldılar.
 

Bu mistik bölgədə, Yerdə gördüyümüz səmanın mavi rəngi kosmosun qaranlığına bürünür və qaranlığın göründüyü intensiv tünd-mavi zona yaradır. Bu, “Blue Shadow” mahiyyətini mükəmməl şəkildə əhatə edən, qorunan, gözəl, səssiz, sirli bir dünyadır.
 

Black Badge Cullinan-ın bu yeni Bespoke təfsiri, Yerdən “Kármán” xəttinə qədər hər mil üçün bir ədəd olmaqla, qlobal miqyasda cəmi 62 nümunə ilə məhdudlaşır.

EKSTERYER: MAVİNİN ÇALARLARI

Yeni Bespoke "Stardust Blue" xarici boyası Yer atmosferinin yuxarı təbəqələrinin tünd mavi rəngini əks etdirir. Radiator barmaqlığı və “aero bumper” əlavə dəstləri kosmik gəmiləri atmosferə yenidən daxil olmanın şiddətli istisindən qorumaq üçün istifadə edilən termal plitələri xatırladır.

Kosmik gəmilərdə istifadə olunan materiallara istinad edən “Spirit of Ecstasy” titanında 3D çap üsullarından istifadə edilməklə yaradılmış və titanın dənəli teksturasını ortaya qoyan nazik mavi rəngli lak ilə tamamlanmışdır. Black Badge “sonsuzluq” loqotipi və "Blue Shadow" şəxsi kolleksiyasının adı “Spirit of Ecstasy” üzərində həkk olunub və “Charles” mavi çaları ilə işlənib. Xarici görünüşünü tamamlayan "Blue Shadow" təkərləri şəffaf lakdan istifadə edilərək incə şəkildə qaraldılıb.

İNTERYER: YÜKSƏK PERSPEKTİV

“Kármán” xəttində Yer atmosferinin görünən kənarı mavi bir halqa kimi gözə çarpır. Mavi səmadan kosmosun qaranlığına olan bu keçid “Blue Shadow”-un unikal boyalı daxili və qapı panellərində əks olunub. Bunlar altı qat boyadan istifadə edilməklə, beş mavi çalarları dərin qara rənglə birləşdirərək heyranedici üçölçülü effekt əldə etməklə yaradılmışdır. Son əlavə, daha çox parıltı əlavə etmək üçün mavi və şəffaf şüşə hissəciklərini özündə birləşdirən şəffaf örtük təbəqəsidir və onun nisbət faizi dəqiq müəyyən edilmişdir: bu, tam olaraq 0,05% təşkil edir. Panel açıq mavi detallar və “Blue Shadow” yazısı olan şəxsi kolleksiyaya xas olan Bespoke saatla tamamlanır.

“KOSMOSUN KƏNARI” ADLANAN HEADLINER

"Blue Shadow" ilə Rolls-Royce markanın əfsanəvi “Starlight Headliner”-ini daha da mükəmməl səviyyəyə qaldırdı: bir sıra "ulduzlarla" əhatə olunmuş mürəkkəb işləmə, sərnişinləri kosmosun kənarına teleport edir. Üç ölçülü, çoxlu kraterləri ilə Ayın səthini təsvir edən tikiş, fərqli bir faktura yaratmaq üçün hər biri fərqli bir texnika ilə tətbiq olunan beş fərqli rəngli sapı özündə birləşdirir. Ümumilikdə, tikmə 250.000 ayrı tikişdən yaradılmışdır – tamamlanması tam iki gün çəkən bir prosesdir.
Salona zərif parıltı və möcüzə hissi bəxş edən “Starlight Headliner” 1183 ulduzdan ibarətdir - 799 ağ və 384 mavi - hər biri ayrı-ayrılıqda dəri kətana perforasiya edilmiş deşiklər vasitəsilə yerləşdirilmiş, dəqiq təbaşirlənmiş və əl ilə vurulmuşdur. “Headliner”-in mistikasına və ab-havasına əlavə olunan optik lifli “ulduzların” parıldayan effekti daha da valehedici parıltı üçün gücləndirilir.

“YENİ İNCƏSƏNƏT” ADLANAN KƏTAN: PERFORASİYA EDİLMİŞ DƏRİ

Rolls-Royce üçün bir ilk olaraq, ön və arxa oturacaqlar kosmosdan Yerin görünüşündən ilhamlanan unikal perforasiya edilmiş naxış ilə işlənib. Naxış dəridəki kiçik deşiklərdən əmələ gəlir ki, bunlar birlikdə qitələr və okeanlar üzərində fırlanan üzvi, daim dəyişən buludlar təəssüratını yaradır.

Bu perforasiyalar iki müxtəlif ölçüdə hazırlanır: daha kiçik (cəmi 0,8 mm diametrdə) quru səthini təşkil edir, bir qədər böyük (1,2 mm) isə dənizi müəyyənləşdirir; aralarındakı dəri boşluqları buludları təmsil edir. Hər oturacaqda 75.000-dən çox perforasiya var, hamısı ayrı-ayrılıqda yerləşdirilib. Modelin dizaynı iki həftə çəkdi və Rolls-Royce Bespoke kollektivi tərəfindən tələb olunan ən yüksək keyfiyyət səviyyəsinə çatana qədər beş sınaqdan keçdi. Nəticə bütün dörd oturacaqda vahid görünüş təmin edən mükəmməl düzülmədir.
Oturacaqların perforasiya nümunəsi masasının arxalarına qədər davam edir. Aşağı salındıqdan sonra piknik masalarının özləri “Piano Black” rəngli şponla tamamlanır və kosmosun qaranlığ mənzərəsini əks etdirən parıldayan şüşə ilə dizayn edilib. Hər bir masada həmçinin lak təbəqəsinin altında, cilalanmış alüminiumla işlənmiş kolleksiyanın mövzusuna uyğun mətn də daxildir – “Mavi Kölgə dünyamızın ən kənarında görünür, qeyri-adi perspektiv və ulduzlara toxunma imkanı yaradaraq”.

BESPOKE AKSESUARLAR

Bespoke kollektivi Black Badge Cullinan “Blue Shadow”-u tamamlamaq üçün bir sıra unikal aksesuarlar yaratdı. Eksklüziv avtomobil örtüyü oturacaqlarda görünən naxışları davam etdirir. Sürücü və sərnişinləri sərgüzəştlərində müşayiət etmək üçün şəxsi kolleksiyanın rəngini davam etdirən unikal baqaj dəsti mövcuddur. Müştərilər, həmçinin, tam işlək çöl və daxili işıqları, arxa qapıları açılıb-bağlanan və kolleksiyanın bütün detallarını, o cümlədən Bespoke işıqlandırılmış kolleksiya ayaqaltılarını yenidən interyeri özündə əks etdirən, tam ölçülü Black Badge Cullinan “Blue Shadow”-un dəqiq 1:8 miqyaslı sürətini sifariş verə bilərlər.

Qeyd: Avtomobilin bütün 62 nümunəsi dünya üzrə müştərilərə təqdim edilmişdir.











 








Redaktorun seçimi